2024-cü ilin sentyabrına olan nəticələrə görə, ukraynalılar arasında ən yüksək etimad səviyyəsinə malik şəxs hələ də Ukrayna Prezidenti Volodimir Zelenski olsa da, onun reytinqi getdikcə aşağı düşür.
“AzPolitika” xəbər verir ki, “Razumkov” mərkəzinin keçirdiyi sorğuya görə, respondetlərin 51,2 faizi prezidentə inanır, 41,5 faizi ona güvənmir, 7,3 faizi isə qərarsızdır.
Qeyd olunur ki, 2024-cü ilin iyun ayı ilə müqayisədə prezidentə güvənənlərin nisbəti 16%-dən 9,7%-ə düşüb. Üç ay əvvəl sorğuda iştirak edənlərin 53,8 faizi Zelenskiyə güvəndiyi halda, 37,8 faizi ona inanmadığını bildirib.
Eyni zamanda, bir il əvvəl keçirilən sorğunun nəticələrinə görə, 2023-cü ilin sentyabrında respondentlərin 74,8%-i Zelenskiyə etibar edib, 18,6%-i ona inanmadığını deyib.
Bundan əlavə, Nikolayev vilayəti dövlət administrasiyasının rəhbəri Vitali Kim (+11,4%), SBU rəhbəri Vasiliy Malyuk (+9,2%) və rəqəmsal transformasiya naziri Mixail Fedorov (+6,7%) müsbət göstəricilərə sahibdirlər.
Digər ukraynalı tanınmış simalar və dövlət rəsmilərinə inam nisbəti isə aşağıdakı formadadır:
- Teleaparıcı Sergey Pritula - 3,9%;
- Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak - 4,8%;
- Kiyev meri Vitali Kliçko -7,7%;
- Müdafiə naziri Rustem Umerov -11,3%;
- Təhsil və elm naziri Oksen Lesovoy -12,0%;
- Baş nazirin birinci müavini Yuliya Sviridenko -12,4%;
- Xarici işlər naziri Andrey Sibiqa -13,0%;
- Daxili işlər naziri İqor Klimenko -13,2%;
- Baş nazirin müavini Aleksey Kuleba -13,9%;
- Baş nazirin müavini Olqa Stefanişina -15,1%;
- Energetika naziri German Qaluşenko -20,9%;
- Baş nazir Denis Şmıqal -22,7%;
- Prezident Aparatı rəhbərinin müavini İrina Vereşçuk -25,6%;
- Ali Radanın sədri Ruslan Stefançuk -35,1%;
- Prezident Aparatının rəhbəri Andrey Yermak -40,6%;
- Beşinci prezident Petro Poroşenko -45,5%;
- Xalqın xidmətçisi qrupunun lideri David Arakhamia - 46,6%;
- Keçmiş baş nazir Yuliya Timoşenko -65,1%;
- OPZZh partiyasının sədri Yuri Boyko -74,8%;
“AzPolitika.info”


Şərhlər