“Yalnız axmaq insanlar qocaları yüksək səviyyəli federal vəzifələrə təyin edərlər”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “Bloomberg”-ə müsahibəsində deyib.
Müsahibədə 78 yaşında olduğu xatırladılan Tramp, yaşı ilə bağlı ünvanlanan suala əhəmiyyət verməyib.
Qeyd edək ki, hazırda 78 yaşı olan Trampın prezident seçiləcəyi təqdirdə səlahiyyət müddəti 82 yaşında başa çatacaq.
“AzPolitika.info”


Şərhlər