Menu

"Google" Azərbaycanı belə təbrik etdi - FOTO

18.10.2024, 16:07
"Google" Azərbaycanı belə təbrik etdi - FOTO

ABŞ-nin məşhur şirkəti “Google” 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı dudl hazırlayıb.

"AzPolitika" xəbər verir ki, Azərbaycan bayrağının rəngləri əsasında hazırlanan dudlun üzərinə klik edən zaman “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı informasiyaların yer aldığı saytlara keçid etmək olur.

Bu dudlu axtarış sisteminə yalnız Azərbaycan ərazisindən daxil olan şəxslər görə bilərlər.

Qeyd edək ki, "Google" axtarış sistemində mütəmadi olaraq müxtəlif ölkələrin özəl günləri ilə bağlı bu tip dudllar hazırlanır. 

"AzPolitika.info"



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol