Biz Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyik.
“AzPolitika” xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.
“Görünür, biz Ukraynanın NATO-ya dəvətinə mane ola bilməyəcəyik. Lakin dəvətin təsdiqlənməsi məsələsi parlamentdə müzakirə olunacaq. Mən öz adımdan və hakim koalisiyanın əsas qüvvələri olan partiyam adından deyirəm ki, biz bu qərarı dəstəkləməyəcəyik”,-deyə o, bildirib.
Fiko Ukrayna Prezidenti Volodimir Zelenskinin “qələbə planını” “qeyri-real və həyata keçirilməz” adlandırıb.
“AzPolitika.info”


Şərhlər