Dünyanın müxtəlif yerlərindən götürülən içməli su nümunələrində kimyəvi maddələr kimi tanınan uzunömürlü toksinlər aşkarlanıb.
“AzPolitika” xəbər verir ki, Birminqham Universiteti, Şenzen Cənubi Elm və Texnologiya Universiteti və Haikou Haynan Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma zamanı alimlər dünyanın 15 ölkəsindən götürülmüş su nümunələrinin 99 faizindən çoxunda bioloji parçalanmayan kimyəvi maddələr - PFAS (perfluoroalkil maddələri) aşkar ediblər.
“Əbədi kimyəvi maddə” adlandırılan PFAS, ətraf mühitdə parçalanması yüzlərlə il çəkə bildiyi üçün canlı orqanizmlərdə toplana və ciddi sağlamlıq problemləri yarada bilər. Pestisidlər qida qabları və kosmetika kimi müxtəlif məhsullarda istifadə olunur və çirkab sulara daxil ola bilir.
Qeyd olunur ki, perfluorooktan turşusu (PFOA) və perfluorooktan sulfonat (PFAS) 15 ölkədən demək olar ki, bütün şüşə su nümunələrində tapılan PFAS-lardır.
Alimlər qablaşdırılmış sularda da müxtəlif səviyyələrdə PFAS aşkar ediblər.
“Birminqem və Şenzendən nümunələri sınaqdan keçirdikdən sonra biz aşkar etdik ki, Çindəki krant suyunda Böyük Britaniyadakı krant suyundan daha yüksək PFAS konsentrasiyası va. Çin şəhərindən alınan su nümunələrində PFAS konsentrasiyası ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (USEPA) maksimum çirkləndirici səviyyəsindən aşağıdır”,-məlumatda bildirilir.
Birminqem Universitetindən həmmüəllif, professor Stuart Harrad arşdırma ilə bağlı bunları deyib:“Bizim tədqiqatımız içməli suda PFAS-ın geniş yayılmasını və onların səviyyəsini azaltmaq üçün sadə üsullarının effektivliyini ortaya qoyur. Sadə bir su filtri qabı və ya suyu qaynatmaqla bu maddələrin əhəmiyyətli bir hissəsini təmizləmək olar. Əksər su nümunələrində mövcud PFAS səviyyələri ciddi sağlamlıq problemi yaratmasa da, davamlı monitorinq və tənzimləmə ictimai sağlamlığın qorunması üçün çox vacibdir. Biz içməli su vasitəsilə istehlakçıların PFAS-a məruz qalmasını azaltmaq üçün praktik həllər təqdim edirik”.
Cənubi Elm və Texnologiya Universitetindən həmmüəllif professor Yi Zhenq isə deyib: “Həm krantda, həm də qablaşdırılmış suda PFAS-ın mövcudluğu barədə məlumatlılığın artırılması istehlakçıları daha məlumatlı seçimlər etməyə vadar edərək suyun təmizlənməsi üsullarından istifadəni təşviq edə bilər. Tədqiqatlarımız həmçinin göstərir ki, PFAS-in içməli suda potensial sağlamlıq riskləri həyat tərzi və iqtisadi şəraitdən təsirlənə bilər. Düşünürəm ki, biz bu amilləri sosial-iqtisadi baxımdan bir qədər də araşdırmalıyıq”.
“AzPolitika.info”

Şərhlər