Məlum olduğu kimi, uzun illərdir ABŞ-nin Pensilvaniya ştatındakı dəbdəbəli iqamətgahında yaşayan FETO terror təşkilatınn rəhbəri Fətullah Gülən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, böyrək çatışmazlığı və şəkər xəstəliyindən əziyyət çəkən, son dönəmlər isə ağlını itirdiyi deyilən FETO-nun rəhbəri ölümündən bir müddət əvvəl yaşadığı evindən 20 dəqiqəlik məsafədə yerləşən “St. Lukes” xəstəxanasına aparılıb və orada 251 nömrəli otaqda dünyasını dəyişib.

Burada maraq doğuran məqam Türkiyəni parçalamaq üçün 2016-cı ildəki 15 iyul çevriliş cəhdini planlayan və 251 mülki vətəndaşın Şəhid olmasına səbəb olan Gülənin məhz 251-ci otaqda da dünyasını dəyişməsi olub.
“Bu qədər də təsadüf ola bilməz” manşetini atan Türkiyə KİV-ləri sözügedən otaq nömrəsinin qəsdən seçildiyini, FETO -nun hansısa mesaj buraxmağa çalışdığını yazıb.
“AzPolitika.info”

Şərhlər