“Hazırda Ukraynadakı müharibə arxa plana keçib”.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Ukraynadakı müharibə barədə danışarkən deyib.
Aİ-nin ali nümayəndəsi bəşəriyyətin insanlıq hissini itirdiyini qeyd edib: "Yaxın Şərqdə baş verənlər göstərir ki, biz insanlıq hissini itirmişik. Ukraynadakı müharibə haqqında isə danışmırıq, sanki o, bitib. Amma yox, sizi inandırıram, bitməyib, eyni intensivliklə davam edir”.
Borrel İsrailin hərəkətlərini kəskin tənqid edib: “İsrailin artıq sistematik olaraq nə qədər BMT qətnamələrinə əməl etmədiyini bilmirəm… Nə qədər ki, Qəzza və Livanda müharibə davam edəcək, biz daha da böyük yanğına səbəb olacaq bir qığılcım astanasında yaşayacağıq”.
“AzPolitika.info”


Şərhlər