Menu

Ukraynada 13-cü dəfə hərbi vəziyyət müddəti uzadıldı - Ali Rada qərar verdi

29.10.2024, 18:23
Ukraynada 13-cü dəfə hərbi vəziyyət müddəti uzadıldı - Ali Rada qərar verdi

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün - 2025-ci il fevralın 7-dək uzadıb.

“Qolos” partiyasının deputatı Yaroslav Jeleznyak qeyd edib ki, o, Rusiya ordusu tərəfindən Ukraynaya genişmiqyaslı müdaxilənin başlamasından bəri artıq 13-cü hərbi vəziyyətə səs verib.

Daha əvvəl üç aylıq müddət noyabrın 9-dək uzadılmışdı. Xüsusi rejim dövründə vətəndaşların Konstitusiya ilə təmin edilmiş bəzi hüquq və azadlıqları müvəqqəti məhdudlaşdırıla bilər.

2022-ci il fevralın 24-də Rusiya ordusunun genişmiqyaslı işğalı başladığı gün Ukraynada ilk dəfə hərbi vəziyyət tətbiq edilib. Həmin gün Dövlət Sərhəd Xidməti 18 yaşdan 60 yaşa qədər kişilərin gediş-gəlişinə məhdudiyyətlər elan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol