Menu

İsrailin hədəfində bu dəfə o var - Müdafiə naziri açıqladı

29.10.2024, 18:33
İsrailin hədəfində bu dəfə o var - Müdafiə naziri açıqladı

İsrailin müdafiə naziri Yoav Qallant "Hizbullah"ın yeni lideri Naim Qasımın sui-qəsdə məruz qalacağına eyham vurub.

"AzPolitika" xəbər verir ki, sosial media hesabından açıqlama verən Qallant, Naim Qasımın fotosunu paylaşıb və bunu yazıb: "Müvəqqəti təyinat. Uzun müddətli deyil".

Qeyd edək ki, "Hizbullah" bu gün Naim Qasımın yeni baş katib seçildiyini elan edib. O, bundan əvvəl "Hizbullah" baş katibinin müavini olub.

Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyrutda həyata keçirdiyi hava zərbələri nəticəsində öldürülüb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol