Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrda Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, bu barədə "Hraparak" qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb. Xarici İşlər Nazirliyinin isə bu barədə açıqlaması yoxdur.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın da COP-29 konfransına qatılıb-qatılmayacağı barədə İrəvanın rəsmi mövqeyi yoxdur. Azərbaycan tərəfəndən isə dəvət göndərilib...
“AzPolitika.info”


Şərhlər