Menu

“Qərb “heç-heçəyə” razıdır” - Lukaşenko

31.10.2024, 15:26
“Qərb “heç-heçəyə” razıdır” -  Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko iddia edir ki, Qərb ölkələri Ukraynada davam edən müharibəyə dair mövqeyini dəyişib və Ukrayna məsələsini “heç-heçə” şərti ilə müzakirə etməyə hazırdır. 

“AzPolitika” xəbər verir ki, Belarus başçısı mətbuata açıqlamasında Qərbin müharibəni bitirmək üçün Rusiya ilə “heç-heçəyə” razı olduğunu deyib: “Sivil Qərbin ağıllı nümayəndələri ilə son təmaslarım göstərir ki, müəyyən yeni tendensiya yaranıb. Qərb nəhayət ki, Ukrayna ilə bağlı razılaşma əldə edilməsinin vacibliyini anlayıb. Əgər bu gün hərəkətə keçilsə, mümkündür ki, nəticə “heç-heçə” olacaq. Mən bunu idman terminləri ilə deyirəm”.

Lukaşenkonun dediyinə görə, “Qərb artıq başa düşür ki, Ukrayna döyüş meydanında qalib gəlməyəcək”. Lakin Belarus başçısının fikrincə, sülh yolu ilə nizamlanmanın yeganə rəqibi Ukaryna Prezidenti Volodimir Zelenskidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol