Menu

"Bu ilin sonuna illik inflyasiya 5,1 % olacaq" - AMB

01.11.2024, 10:37
"Bu ilin sonuna illik inflyasiya 5,1 % olacaq" - AMB

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş oktyabr proqnozlarına görə, ölkədə illik inflyasiya 2024-cü ilin sonuna 5,1 %, 2025-ci ilin sonuna isə 5,8 % olacaq.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.

Şərhlər

Mühasib 2024-11-01 11:21:46

Bu 5.2 % hansı hesabla ortaya çıxarılıb? .Manat alıcı qabilityyətinə fprə Azərbaycanda il
ərzində 25-32 faiz dəyər utirdiyi halda. dolların məzənnəsi sabit saxıandığı halda bu 5.2 faizin ortaya atılmsı nə məna daşıyır?.Bunu AMB açıqlaya bilərmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol