“İndi biz Rusiyanın Şimali Koreyadan olan əsgərləri öz ərazilərində, bütün düşərgələrində, topladığı hər yerdə görürük. Kifayət qədər uzaq məsafədən zərbə endirmək imkanımız olsaydı, qabaqlayıcı zərbə endirə bilərdik. Bu, tərəfdaşlardan asılıdır”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O qeyd edib ki, aşkar təhlükəyə baxmayaraq, ABŞ, Böyük Britaniya və Almaniya hələ də yalnız vəziyyəti izləməklə məşğuldurlar: “Hamı Şimali Koreya ordusunun ukraynalıları vurmağa başlamasını gözləyir. Dünyada Rusiyanın Ukraynaya qarşı bu müharibəsinin genişlənməməsini və Avropadan dünyanın digər bölgələrinə yayılmamasını həqiqətən istəyən hər kəs sadəcə seyr etməkdən daha çox iş görməlidir. Hərəkət etmək lazımdır”.
“AzPolitika.info”


Şərhlər
Yetim doğurdanda gəl-gəl deyən çox olur,yemək verəsə yox,gərək bu gözəl kəlamı biləydin.