Menu

ABŞ ilə yeni dövr başlayır?– İrandan Tramp açıqlaması

06.11.2024, 14:03
ABŞ ilə yeni dövr başlayır?– İrandan Tramp açıqlaması

"ABŞ-dəki seçkilərin nəticələri iki ölkənin ümumi siyasətində dəyişikliyə səbəb olmayacaq".

“AzPolitika” xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatma Mühacirani ABŞ-nin yeni prezidenti olan Donald Trampla bağlı danışarkən deyib.

“ABŞ-də keçirilən prezident seçkilərinin bizimlə çox əlaqəsi yoxdur. Çünki ABŞ və İranın ümumi siyasəti sabitdir. Birinin digərinin yerinə keçməsi ilə çox şey dəyişməyəcək. Trampın yenidən qalib gəlməsindən narahat deyilik. Bizim üçün iki namizəd arasında heç bir fərq yoxdur. Dediyim kimi, ABŞ seçkilərinin nəticələri iranlıların gündəlik həyatına təsir göstərməyəcək”, -  Mühacirani bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol