Menu

Putin Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib

07.11.2024, 23:50
Putin Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Donald Trampı yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya lideri Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı Trampa təbrik ünvanlayıb.

“Fürsətdən istifadə edərək, onu (Donald Tramp-red.) ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik etmək istərdim, biz Amerika xalqının etibar etdiyi istənilən dövlət başçısı ilə işləyəcəyik”, - Putin bildirib.

Rusiya Prezidenti sui-qəsd zamanı Trampın davranışından təsirləndiyini deyib: “O, cəsarətli insandır”. Putin qeyd edib ki, Trampın seçkiqabağı bəyanatları, xüsusilə də Ukrayna böhranının sona çatmasına kömək etmək istəyi diqqətəlayiqdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol