Məşhur brazilyalı futbolçu Ronaldinyo COP29 beynəlxalq iqlim konfransında iştirak etmək üçün Bakıya gəlib.
O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.
Ronaldinyonu hava limanında idman ictimaiyyəti, rəsmi şəxslər və media mənsubları qarşılayıblar.
"AzPolitika" xəbər verir ki, onu azərbycanlı iş adamı Adnan Əhmədzadə müşayiət edib.
Qeyd edək ki, Əhmədzadə Londonda yaşayır və o, kino xadimləri, ulduz futbolçular, o cümlədən Argentina milli futbol komandasının ulduzu Leonel Messi ilə dostluq münasibətlərinə malikdir.
Rasim
"AzPolitika.info"


Şərhlər
Onu gəlməyinə nə qədər pul verilib görəsən? Ayə millət pis gündədir bunların kefinə bax
Bıy, bu indi də keşişlik edir?