Menu

İcra başçısının oğlu bahalı avtomobilinə 20 minlik nömrə aldı - FOTO

20.11.2024, 21:12
İcra başçısının oğlu bahalı avtomobilinə 20 minlik nömrə aldı - FOTO

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.

"AzPolitika" xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, o, “Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. 77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb. Sözügedən "zerkalnı" nömrənin təxminən 20 min manat dəyəri var.

Xatırladaq ki, Elşən Babaşzadə Dövlət Vergi orqanında müfəttişdir.

"AzPolitika.info"


Şərhlər

sadiq 2025-06-22 12:18:35

rəcəb babaşovun yeri ica başçısı kabineti deyil , cəza müəssisədir. dövlətdən və millətdən oğurladıqları da əlindən alınmalıdır. bu adam hakimiyyətə ləkədir. müavinləri də özünün tayıdır.

Dövlıətini sevən 2024-11-22 15:57:39

Şəkinin İcra basşçısı elxan Usubovun, onun 28 -il birinci müavini olan həsən Həsənovun, memarlıq şöbəsinin müdiri cahangir Nəbiyevin sərvətləri ondan on dəfə çoxdur, baxan yoxdur !

Cəmşid Dərələyəzli 2024-11-21 11:26:59

Azərbaycançılıq hislərindən uzaq olan Təhzil Naziri Əmrullayev də deyir, əyalət kəndlərində az şagirdi olan məktəbləri bağlayaq, nədən müəllimlər işləyir maaş alırlar. Bu isə Məktəblər ləğv ediləndən sonra o kəndlərin sonuncu sakinləri müəllimlər də köçüb getsinlər anlamına gəlir. Paraları da məmur ballaları bax beləcə göyə sovursunlar.

re 2024-11-21 01:15:00

hmmmmmm

Rafiq 2024-11-20 20:50:09

Ukraynada baş versəydi,şəhəri gün türmədə olardı!

ƏNHU 2024-11-20 19:51:36

Heç də təəccüblü deyil. Görünür məmurlara və onların övladlarına xüsusi imtiyazlar taınınıb.Bununla barışmağa cəhd etməliyik.Onlar xalqdan güclüdür.

Mubariz 2024-11-20 19:46:08

«Paxıllığınız » tutur ? kişi qırığı başcı oğludur ,ona görə ölkənin heç yerdə hörməti qalmayıb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol