Çinin Arktikadakı fəaliyyəti elmi tədqiqatların hüdudlarını aşır, onlarlar regionda kəşfiyyat məlumatları toplayır.
“Report” xarici KİV-ə xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bler Halifaksda təhlükəsizlik forumu zamanı bildirib.
"Çin Arktikada iki üsulla işləyir. Birincisi - iqtisadi təzyiq, oradakı infrastruktura investisiyalar vasitəsilə. İkincisi isə elmi tədqiqat adlandırdıqları vasitə ilə", - nazir deyib.
Onun sözlərinə görə, Kanada onların Arktikada təkcə elmi tədqiqat məqsədilə deyil, mövcudluğunun artımını müşahidə edir.
"Onlar dəniz dibinin xəritəsini çıxarırlar və kəşfiyyat məlumatları toplayırlar", - Bler vurğulayıb.


Şərhlər
2ci dünya müharibəsindən sonrakı Beynəlxalq Siyasətin separat-Hərbi təcavüz məkrli hissəsinin təhlili dünyanın müşahidə haqqının yalnız Çinə etibrını təsdiqlər?! BMT, Güclü ABŞla 77 ilə Fələsin və İsrail ərazilərini seçə bilməyiblər? BMT TŞ öz həlli üzrə ATƏT, AŞPA, Aİ və NATOsu ilə Hərbi genosid işğalçısı Ermənistanı geri çəkməyib, bu günə qədər İnsan Hüququna qarşı heç bir cinayətini də mühakimə etməyib?