Menu

Daha 3 nəfər müğənni Dəniz Əsədovanın cəzalanmasını tələb edir

02.12.2024, 17:50
Daha 3 nəfər müğənni Dəniz Əsədovanın cəzalanmasını tələb edir

Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir.

Şikayətçilər Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.

Hər üç şəxsin müraciətinə hazırda Binəqədi rayon Məhkəməsində baxılacaq.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, hazırda məhkəmədə Dəniz Əsədova barəsində anoloji məhkəmə prosesi davam edir. (report.az)

Şərhlər

Əhliman 2024-12-02 20:07:57

Maraqlı madədir.deməli hakim .... geniş imkanlara malikdlr.Bu maddə bunu sübut edir.Əcəb qanundur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol