Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.


Şərhlər
Öncə belə qurumun hansı ehtiyacdan yaradılmasını izah edin.Bu sahədə özəl qurum uzun illər yığılan pensiya fonunun mənimsənilməsi məqsədi daşıdığının sübuta ehtiyacı yoxdur.Belə ir qurum yaraılarsa o zaman pensiyaçıları ağır günlər gözləyə biləcək.Çünki bu özəl qurum müxtəlif bəhanələrlə pensiyaçıların hüquq və yaşam imkanlarını məhdudlaşdıracaq və ölkə daxilində narazılıqların artmasına səbəb olacaqdır.Bir az düçünən və respublikada özəl yaradılan lazımsız qurumların ( misal AQTA və s.) mənfi fəaliyyətlərini nəzərə alan olsa belə halların qarşısının alınmasının vacibliyini anlamaq çətin olmaz.Buna hakimiyyət yol verməməlidir.