Menu

DÇ 2026-nın Avropa zonasının püşkü atılıb - Millimizin və Türkiyənin rəqibləri bəlli oldu

13.12.2024, 16:22
DÇ 2026-nın Avropa zonasının püşkü atılıb - Millimizin və Türkiyənin rəqibləri bəlli oldu

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsininin püşkü atılıb.

"AzPolitika" xəbər verir ki, qruplardakı ilk komandalar Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

Püşkatmanın nəticəsi belədir:

A QRUPU - Almaniya-İtaliya qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq;

B QRUPU -  İsveçrə, İsveç, Sloveniya, Kosovo;

C QRUPU - Portuqaliya/Danimarka, Yunanıstan, Şotlandiya, Belarus;

D QRUPU - Fransa/Xorvatiya qalibi, Ukrayna, İslandiya, Azərbaycan;

E QRUPU - İspaniya/Hollandiya qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan;

F QRUP - Portuqaliya/Danimarka qalibi, Macarıstan, İrlandiya Respublikası, Ermənistan;

G QRUPU - İspaniya-Hollandiya məğlub, Polşa, Finlandiya, Litva, Malta;

H QRUPU - Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Cənubi Kipr, San Marino;

I QRUP - Almaniya/İtaliya, Norveç, İsrail, Estoniya, Moldova;

J QRUPU - Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn;

K QRUPU - İngiltərə, Serbiya, Albaniya, Andorra;

L QRUP - Uduzan Fransa/Xorvatiya, Çexiya, Monteneqro, Cəbəllütariq.

Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. 2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə çempionata 48 komanda qatılacaq. İndiyədək yarışda 32 ölkə iştirak edirdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol