Menu

Bu tiktokerlər də həbs edildi

26.12.2024, 20:41
Bu tiktokerlər də həbs edildi

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov da həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəllər inzibati qaydada həbs edilmiş tiktokerlər bu dəfə cinayət məsuliyyətində cəlb ediliblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” və Nuh barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Ötən gün aparıcı Azər Zahid barəsində də cinayət ittihamı ilə həbs qərarı verilib.

Şərhlər

Eli 2024-12-26 16:06:15

Bu Tik Toku mence legv etmek ,ya da bir qayda yaratmaq lazımdur.Yoxsa bezi şerefsiz”Kişiler” bele bu platformada “Mama Rozalıq” edirler ,adam nifret edir bı “kişi fahişelerine.”

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol