Menu

Emin Milli 12 il sonra Azərbaycanda - FOTOLAR

02.01.2025, 14:18
Emin Milli 12 il sonra Azərbaycanda - FOTOLAR

Uzun müddətdir ki, Avropada mühacirətdə yaşayan jurnalist Emin Milli Azərbaycana qayıdıb.

Bu barədə Emin Milli öz sosial şəbəkə hesabında məlumat verib.

O, Bakıda çəkdirdiyi fotosunu paylaşaraq “12 ildən sonra vətənə qayıtdım, bu hissləri təsvir etmək çox çətindir” sözlərini yazıb.

Jurnalist Şuşaya da getdiyini bildirib: “2025-ci ilin ilk gününü Şuşada qeyd etmək məni çox sevindirir. Ümid edirəm ki, bu il bütün dünyada sülh ili olacaq”.

Qeyd edək ki, Emin Milli və dostu Adnan Hacızadə 2012-ci ildə həbsdən azad edildikdən sonra ölkəni tərk etmişdilər. Bundan sonra Emin Milli Almaniyada yaradılan “Meydan TV” media resursunun rəhbəri kimi fəaliyyət göstərmiş, 2019-cu ildə isə həmin təşkilatla vidalaşmışdı.

Şərhlər

Mubariz 2025-01-02 16:15:51

Yəqin Meydan tv jurnalisstlərinin üzlərinə duracaq ,ona görə tutmayıblar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol