Menu

Zelenski sabah Türkiyəyə gedir

30.10.2026, 22:28
Zelenski sabah Türkiyəyə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.

"AzPolitika" "Haber Global" telekanalına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Zelenskinin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcəyini açıqlayıb.

İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Ukrayna ikitərəfli əməkdaşlığının inkişafı istiqamətində atıla biləcək addımlar müzakirə olunacaq.

Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdəki təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol