Menu

Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - YENİ TƏYİNAT

08.01.2025, 20:30
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - YENİ TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Dədəş Ataşov vəzifəsindən azad edilib.

"AzPolitika"-nın "qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Ataşov Dədəş Əlbağış oğlu işdən çıxarıb.

Onun yerinə Talıbzadə Füzuli Yusif oğlu təyin olunub.

Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol