Menu

“Bu olmasaydı, Putin Suriyanı itirməzdi” – Ostin

09.01.2025, 13:36
“Bu olmasaydı, Putin Suriyanı itirməzdi” – Ostin

"Belə bir fikir var ki, Rusiya Federasiyasının (Ukrayna ilə müharibədə) üstünlükləri və bütün kozırları var. Onun bəzi üstünlükləri var, amma bu, tam üstünlük təşkil etmir”.

“AzPolitika” xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin “Bloomberg”-ə müsahibəsində deyib.

O hesab edir ki, Rusiya Federasiyasının kifayət qədər çatışmazlıqları var: "Onlar KXDR-ə, İrana yardım, silah və sursat, indi də insanlar almaq üçün müraciət edirlər". Ostin əlavə edib ki, Ukrayna torpaqlarının işğalı hətta atəşkəsdən sonra da xeyli vəsait tələb edəcək: “Rusiya onları əlində saxlamaq üçün çox səy göstərməli olacaq”.

Ostin hazırkı ABŞ prezident administrasiyasının Ukrayna ilə bağlı dəqiq strategiyasının olmamasına dair ittihamları da cavablandırıb: “Bu adminstrasiyanın etdikləri Ukraynanın sağ qalmasına, onun suveren ərazisini qorumağa kömək etdi”.

O, əlavə edib ki, ABŞ-nin Ukraynaya yardımında strateji uğuru olmasaydı, Putin Suriyanı itirməzdi. Ostinin fikrincə, Vladimir Putin Ukraynaya bu qədər səy göstərdiyi üçün müttəfiqi Bəşər Əsədə kömək edə bilmədi. Pentaqon rəhbəri qeyd edib ki, Suriyadakı əsas dəniz bazasına çıxışı olmayan Putin Afrika ölkələrindəki mövcudluğunu da itirə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol