Menu

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi verilənlərin yaşı bölgüsü - SİYAHI

14.01.2025, 15:12
Ötən il fəlsəfə doktoru elmi dərəcəsi verilənlərin yaşı bölgüsü - SİYAHI

Azərbaycanda ötən il fəlsəfə doktoru elmi dərəcəsi verilmiş iddiaçıların yaş qrupu açıqlanıb.

Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Məlumata görə, onlardan 107 nəfəri yaşı 35-ə qədər, 210 nəfəri 35-50 yaş arası, 52 nəfəri isə yaşı 50-dən yuxarı olanlardır.

Ötən il mexanika üzrə cəmi bir nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib ki, onun da yaşı 35-ə qədər olub.

Biologiya elmləri, əczaçılıq elmləri və sosiologiya üzrə cəmi 3 nəfər (hər ixtisas üzrə bir nəfərə) fəlsəfə doktoru elmi dərəcəsi verilib ki, onların da yaşı 35-50 arasında olub.

Yer elmləri (1) və coğrafiya üzrə (2) cəmi 3 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib ki, onların da yaşı 35-50 arasında olub.

Şərhlər

Bəhram 2025-01-14 16:48:17

Aid olduğu elmə, vətəndaşa-insana, istehsal-tətbiq sahəsinə əhəmiyyətinə görə hər bircə sahəyə aid mövzuların dərc edilməsi daha faydalı olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol