Menu

Los-Anceles yanğınında bu türk məşhurların evləri yanıb - ADLAR

14.01.2025, 15:44
Los-Anceles yanğınında bu türk məşhurların evləri yanıb - ADLAR

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində 1 həftə öncə başlayan meşə yanğınları hələ də davam edir. Fəlakət nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərin təxminləri 250-275 milyard dollar aralığına yüksəldilib. Yanğınlar Hollivud məşhurlarının yaşadığı dəbdəbəli ərazilərdə yerləşən bahalı evləri tamamilə külə çevirib. Türkiyənin bir sıra tanınmış simaları da yanğın zamanı milyonluq əmlaklarını itiriblər.

“AzPolitika” onların adlarını təqdim edir:

Serenay Sarıkaya

Məşhur aktyor 2018-ci ildə Los-Ancelesdə 500 min dollardan çox qiyməti olan 3 otaqlı ev alıb.

Çağatay Ulusoy

Məşhur model və aktyor Çağatay Ulusoy da 2020-ci ildə Los-Ancelesdə restoran açıb və ev alıb.

Tolgahan Satışman

Tolgahan Sayışman 2015-ci ildə Los-Ancelesin “Hermosa Beach” bölgəsində 430 min dollara ev alıb.

Kənan İmirzalıoğlu və Sinəm Kobal

Məşhur cütlük 2015-ci ildə Los-Ancelesdə özlərinə ev alıblar.

Turabi Camkıran

Los-Ancelesdə baş verən güclü yanğında Survivor çempionu Turabi Çamkıranın evi və maşını tamamilə yanıb. ABŞ-də yaşayan Çamkıran sosial şəbəkədə verdiyi açıqlamada həm evinin, həm də avtomobilinin tamamilə sıradan çıxdığını açıqlayıb.

Beren Saat və Kənan Doğulu

Məşhur cütlük illər əvvəl Los-Ancelesdəki evlərini 1 milyon 200 min dollara alıblar.


Əli Qoç

Məşhur adlar arasında “Fənərbaxça” prezidenti Əliq Qoçun da adı hallanır. 2020-ci ildə Əli Qoç Hollivudun ən dəbdəbəli məhəllələrindən biri olan Bird Streets-də Sakit Okeana və Los-Anceles siluetinə mənzərəsi olan çoxmərtəbəli malikanə alıb. Köşkün 14,5 milyon dollar dəyərində olduğu bildirilir.

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2025-01-14 20:08:37

QURBAN OLDUĞUM deyəsən bu dəfə zənginlərə qəzəblənib. Mal-mülklərini külə döndərir.Adamın ağaclara və heyvanlara heyfi gəlir. Varlıların evləri isə cərə yansın, cəhənnəmə yansın. Çünki halal pulla tikilməyib. Bir rola görə aktyora 5 milyon dollar, bir qola görə qotur futbolçuya milyion dollar verilməz və bu ədalətli deyil. Yəni doğrudanmı futbolçu alimdən dəyərlidir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol