Menu

"ABŞ ilə saziş ölkəmizə yeni fəlakətə sürükləyə bilər" - Ermənistanın keçmiş MTX rəhbəri

15.01.2025, 14:36
"ABŞ ilə saziş ölkəmizə yeni fəlakətə sürükləyə bilər" - Ermənistanın keçmiş MTX rəhbəri

“Mən indicə “Ermənistan-ABŞ strateji tərəfdaşlığı” adlı sənədi oxudum. Paşinyan KTMT-dən çıxacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif “Vətən” partiyasının sədri Artur Vanetsyan öz “Facebook” səhifəsində yazıb.\

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan ABŞ ilə ölkəsi arasında “Strateji tərəfdaşlıq haqqında” sazişin imzalanmasını tənqid edərək, bunu mümkün nəticələri nəzərə almayan tələsik addım adlandırıb.

Vanetsyan yazıb ki, Nikol Paşinyanın xarici siyasəti avantüra məntiqinə əsaslanır və Ermənistana yeni fəlakət gətirmək təhlükəsi yaradır: “Nikol Paşinyan tezliklə Ermənistanın KTMT-dən çıxdığını elan edəcək. Öz növbəsində Rusiya mahiyyətcə bildirdi ki, Ermənistanın gündəliyində Avropa İttifaqına üzvlüklə bərabər Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalmaq məsələsi ola bilməz. Aydındır ki, Nikol Paşinyanın xarici siyasəti ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradan avantüra çərçivəsində qalmaqda davam edir. İstənilən hökumət qərarı Vətənin mənafeyinə və nəticələrin diqqətlə hesablanmasına əsaslanmalıdır. Bu işdə başqalarının maraqlarından irəli gələn tələskənlik göz qabağındadır. Bu o deməkdir ki, istisnasız olaraq hamımızın əziyyət çəkəcəyi ciddi nəticələr ola bilər”.

Xatırladaq ki, İrəvan və Vaşinqton arasında imzalanmış sənəd amerikalıların Ermənistana "dəstək göstərmək" niyyətində olduğu bir sıra sahələri əhatə edir. Bunlar iqtisadiyyat (energetika və innovasiyalar daxil olmaqla), müdafiə, təhlükəsizlik, demokratiyanın inkişafı və ədliyyə sahələridir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənədin imzalanmasını şərh edərkən bildirib ki, ABŞ Ermənistandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb edə bilər.

“AzPolitika. info”

Şərhlər

Cəmşid Dərələyəzli 2025-01-15 17:01:30

Birincisi Rusiya ağıllı olsa idi keçmişde tarixi yaxşı oxuyardı. Oxuyardı ki, tarixdə dünyada nə qədər ünlü sərkərdələr olub, hər biri ömürlərinin sonlarında ermenileri bir millet kimi yer üzünden silmemelerinin peşmançılığını çəkiblər. Rusiya nə etdi bəs. Heç nə, 19-cu əsrin əvvəllərində İran Qacarları ilə müharibədə, Şimali Azərbaycanı Qacarlardan götürüb, sonra da erməniləri Suriyanın deve tezekli çöllerinden daşıdı əzəli Azərbaycan torpaqlarına. Sonda da özü də daxil Beynəlxalq güclərin təsiri altında İravanı mərkəz etməklə Azərbaycanın 9,8 min kv. km ərazisində erməni dövləti qurdular. Ardınca da Qərbi Azərbaycanın Dərələyəz, Zəngəzur, Göyçə, Qaraqoyunlu və o mahallara bitişik əraziləri Rusiya Bolşevik höküməti bir tərəfli qaydada ermənilərə peş çıkdi. İndi Ukraynada bütün dünya ilə qarşı - qarşıya durduğu bir vaxtda ermənilər onlara tarixən dədəlik edən, qoruyan qollayan Rusiyanı arxasından iş çevirir və hətta bu günlərdə gedib Amerikada "Ermənistan-ABŞ strateji əməkdaşlığı"na dair saziş də imzalayır. Yetmir bax beləcə İravanda Səfirini ayağına çağırıb hele bir nota da teqdim edir. Amma ermənilər unudurlar ki, "Şimal ayısı" ölməybdir hələ. Ki, Amerika başda olmaqla Qərb gəlib onun regoonda geopolitik maraq dairəsində olan ölkələrdə at oynatsınlar (bunu Ukraynada görə bilirik). Məhz ondandır ki, bunu görən və dərk edən bəzi erməni əsilli politoloqlar haray salıblar ki, indiki "Ermənistan" hakimiyyeti erməni millətinin yox edilməsi üçün hər cür avantüraya əl atır. Allah sonunuzu getirsin. Çünki, siz olan coğrafiyada hüzur gelmez, xüsusen de biz türklere.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol