Menu

Aleksey Navalnının vəkillərinə hökm oxunub

17.01.2025, 12:48
Aleksey Navalnının vəkillərinə hökm oxunub

Rusiyada məhkəmə mərhum müxalifət lideri Aleksey Navalnının vəkillərinə hökm oxuyub.

APA-nın “rbc.ru”ya istinadən xəbərinə görə, “ekstremist təşkilatların tərkibində olmaq” maddəsilə ittiham olunan hüquqşünaslar Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin müvafiq olaraq 5 il 6 ay, 5 il və 3 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onlara həmçinin, 5 il müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol