Menu

Avropa İttifaqı Gürcüstanı assosiativ üzvlüyə qəbul edir

15.12.2014, 12:48
Avropa İttifaqı Gürcüstanı assosiativ üzvlüyə qəbul edir

Avropa Parlamenti dekabrın 18-də Avropa İttifaqı ilə Gürcüstan arasında assosiativ üzvlük haqqında sənədi təsdiqləyəcək.

ANS PRESS-in məlumatına görə, bununla bağlı məsələ dekabrın 15-21-də sessiyanın gündəliyinə daxil edilib.

Avropalı deputatlar Abxaziyada və Cənubi Osetiyada baş verən son hadisələrlə bağlı da qətnamə qəbul edəcəklər.

Bundan əlavə, parlament üzvləri Rusiya ilə bağlı mövqelərini açıqlayacaqlar.

Xatırladaq ki, Avropa Parlamenti Ukraynanın və Moldovanın Avropa İttifaqına assosiativ üzvlüyü haqqında sənədi təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol