Menu

"Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək" - Rutte

03.02.2025, 22:38
"Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək" - Rutte

Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox səbəblərə görə mövcud ola bilməz", - o, deyib. M.Rutte həmin səbəbləri açıqlamayıb.

Baş katib söyləyib ki, Şərqi Avropada davam edən müharibə sadəcə Rusiya ilə Ukrayna arasında müharibə deyil, geosiyasi məsələdir: “Aİ və ABŞ ümumi ərazilərini birlikdə müdafiə etməyə qadirdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol