Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bir neçə gün əvvəl yol açılışı mərasimində iştirak etmək üçün Elazığa səfər edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Uraloğlu ilə ölkənin Jandarma qüvvələrinin əməkdaşı arasında maraqlı dialoq yaşanıb.
Belə ki, nazir Elazığ-Harput yolunun açılışına gedərkən avtomobilini özü idarə edib. Yolda jandarmalardan biri avtomobili saxlayıb. Uraloğlu avtomobilə yaxınlaşan və onu tanımayan jandarmaya təbəssümlə “Mən nəqliyyat naziriyəm. İcazənizlə yolun açılışını edəcəyik” deyib.
Jandarma isə cavabında naziri salamlayaraq yola salıb.
Bu anın görüntülərini isə türkiyəli nazirin avtomobilində olan şəxslər lentə alıb. Sosial şəbəkələrdə yayılan bu video izləyicilərin marağına səbəb olub.
Həmin görüntüləri təqdim edirik:

Şərhlər
Belə bir olayın Azərbaycanda baş verə biləcəyini kimsə xəyalının ucundan belə keçirə bilərmi? Bizdə hansısa nazirin şəxsi maşınını uzaq məsafədən belə müəyyət etməmək kimi bir "kobudluq" eydə alınıbmı? Biz nazir maşınına nəinki yaxınlaşmaq, onu saxlatmaq kimi bir cəsarət sahibi görmüşükmü? Belə hal baş vermiş ollsa belə həmin nazir maşını saxlayardımı? Polis onun nazir olduğunu görüncə insult keçirməzdimi? Əslində bunlar adi, sıradan insani davranışlardır ki, biz də bu da unudulub. Gerçəkdən də qibtə ediləcək mənzərə idi. ALLAH hər ikisinə xeyirli ömür versin.