Bütün maraqlı tərəflər Ukrayna münaqişəsinin həllinə töhfə verməlidir.
“Report” xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Çinin xarici işlər naziri Van İ deyib.
O bildirib ki, Avropa bu böhranın səbəblərinin aradan qaldırılmasında rol oynamalıdır.
Çin rəsmisi xatırladıb ki, Pekin əvvəldən münaqişənin diplomatik yolla həllinin tərəfdarı olub.
“Güc üsulları və sanksiyalar bütün məsələləri tamamilə həll etmək iqtidarında deyil”, - o qeyd edib.


Şərhlər
Hər qarşıdurmanın, hərbi təcavüzün-müharibənin kəsilməsi-durdurulması həllə ilkin şərtdir! Böyük Çinin nümayəndəsi və digərləri həmin mütləq qaydanın-digər dövlətlərin qəti münasibəti ilə obyektiv və tam reallığına əmin ola bilərlər!