Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhid ailələri, o cümlədən Xocalı şəhid ailə üzvləri və sakinləri, Vətən müharibəsi iştirakçıları, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbər və məsul əməkdaşları, orta ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti, RİH könüllüləri və gənclər iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımına həsr olunmuş “Danışır Xocalı” sənədli filmi nümayiş olunub.

Tədbir çərçivəsində orta ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət “Xocalıya Qayıdış” adlı rəsm sərgisi təşkil olunub.


Şərhlər