Azərbaycanlı poker ustası Ramin Hacıyev 1,5 milyon dollar qazanaraq beynəlxalq Triton Jeju turnirinin qalibləri siyahısında birinci yeri tutub.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreyada keçirilən və fevralın 26-da start götürən turnir 252 iştirakçını bir araya gətirib. Onların arasında Hacıyev ən yaxşı nəticə göstərərək baş mükafata layiq görülüb.
O, daha əvvəl 2023-cü ildə Kiprdə keçirilən Triton turnirində 4,1 milyon dollar qazanmışdı.
Hacıyev beynəlxalq səviyyədə ən məşhur poker oyunçularından biridir və müntəzəm olaraq müxtəlif turnirlərdə iştirak edir. Onun beynəlxalq poker turnirlərində ümumi uduşları hazırda 11,3 milyon dollar təşkil edir.
Ümumi mükafat fondu 7,56 milyon dollar olan Cənubi Koreya turniri ən yaxşı 39 oyunçuya mükafatlar təqdim edib. Yarışda iştirak etmək üçün hər bir oyunçu 30 min dollar giriş haqqı ödəyib.
Qaliblər siyahısında ikinci yeri 1 milyon dollar mükafat alan rusiyalı Vyaçeslav Balayev tutub.
Qeyd edək ki, Azərbaycan mətbuatının yazdığına görə, Ramin Hacıyevin atası Rauf Hacıyev “Unibank”ın şərikidir. Bakıdakı "Beerbaşa", "Nakhchivan", "Paul Azerbaijan", "Köfteci Ramiz" restoranlarının da bu ailəyə aid olduğu bildirilir.
“AzPolitika.info”

Şərhlər
Ayıbdı vallah. Ayıb. Sizi ciddi bir KİV sanırdıq.
HARDA BIR QUMARBAZ VAR TEBLIG EDIN......
"Sağ ol Az politika! "
Bundan sonra millət "pişik Günelə, Aygünə, Röyaya, Toliklə yox qumarbaz Raminə oxşamaq üçün bütün milli-mənəvi dəyərlər dəvə tüpürcəyi sərğiləyəcəyini məncə qəşəng anlayırsan. Başqa bir xəbər tapmırdı ki, bunu vermisən????? Üzün ağ olsun qazan qarası kimi.
Millet olaraq Qumarbazlarımuzla yox Dünya seviyyesinde Elmde ,Tehsilde,tbb sahesinde Texnologiya sahelerinde — ci yere çıxan övladlarımızla fexr etmeliyik.Menim üçün lexsen qumarbaz ya Fahişe eyni şeydi milliardlar da udsa.