Menu

"Növbəti böyük beynəlxalq məsələ İran olacaq" - Tramp

07.03.2025, 23:24
"Növbəti böyük beynəlxalq məsələ İran olacaq" - Tramp

"Dünya siyasətində növbəti aktual məsələ İranın nüvə proqramı ətrafında yaranacaq vəziyyət olacaq".

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Növbəti danışacağınız məsələ İrandır və onu nələr gözləyir. Maraqlı günlər qarşıdadır, sizə deyə biləcəyim tək şey budur", - o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Trampın fikrincə, maraqlı vaxt gəlib çatıb: “Nə olacağını görəcəyik. Son toxunuşları edirik. Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Çox tezliklə nə isə baş verəcək. Ümid edək ki, biz sülh razılaşmasına nail ola bilərik”.

Şərhlər

Cəmşid Dərələyəzli 2025-03-08 13:01:58

Sanıram Tramp İranın Baş Mollasına göndərdiii məktubdakı, üç təklifindən birinici ikisinə getməsə, onu böyük fəlakətlər gözləyə bilər. Etiraf etməliyik ki, Molla rejiminin hakimiyyətə gəldikləri 1979-cu ildən bu günə kimi dünyadan təcrid mövqeyi tutması bir yana, bu illər ərzində həm də ətraf regoon dövlətlərində qanunsuz silahlı terror qrupları yaradıb, həm onlarda dincliyə mane olur, həm də oradan dünyanı təhdid edir. Ona görə də yaxşı olardı ki, Baş Molla Qərblə danışıqlarda maraqlı olan İranin yeni prezidentinin qarşısındakı əngəlləri qaldırardı. O özüdə yaxşı bilir ki, bunu İran xalqı da istəyir. Təbii ki, bunu öncəliklə regoon dövlətləri, xüsusən də Orta Doğu və digər ətraf ölkələr də istəyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol