ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Putinin Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının ötürülməsinin tamamilə dayandırılmasını tələb etməsi ilə bağlı iddianı təkzib edib. Qeyd edək ki, həmin tələb Kremlin görüşdən sonra yaydığı bəyanatda yer alıb.
“AzPolitika” xəbər verir ki, “Fox News”-un jurnalisti Amerika Prezidentindən Kremlin bəyanatına münasibət bildirməsini xahiş edib. Cavabında Tramp Putinlə Ukraynaya yardım məsələsini ümumiyyətlə müzakirə etmədiyini deyib: "Xeyr, (Putin) tələb etmədi - biz yardım haqqında danışmadıq. Əslində, biz ümumiyyətlə yardımdan danışmadıq, çox şeylər haqqında danışdıq, amma yardım heç vaxt müzakirə olunmadı".
Putinin niyə tam atəşkəsə razı olmadığı barədə suala Tramp belə cavab verib ki, “cəbhədə bir-birinə tuşlanan çoxlu silah var”.
“AzPolitika.info”

Şərhlər
Tramp yalan deyir gözünün içinə qədər. Bəlkə də elə əsas müzakirə Ukraynaya kəşfiyyat və silah ixracının sıfırlanması ilə bağlı olub. Simic və qozbel qocaya elə bu sərf edir.
ABŞla yüksək səviyyədə Kremlin 1986cı ildən sonrakı *danışıq*ları *şərt*ləri ilə şübhə doğurur? Məlumatıın doğrusu stenoqramdan yayımlana bilərmi? Taraz dövr edən Yer sakinlər Hərbi-İqtisadi Güclər və BMT nizamçıları ABŞ və Kremldən sabit asayiş və stabil tərəqqi siyasəti gözlədikləri halda, son 35 il daha tez İqtisadi diktat və ya Hərbi təcavüzlə qarşılaşırlar. Bütün ölkələrin Konstitusiyası üzrə birinin digərinə nəinki, hərbi təcavüzü, müdaxiləsi belə cinayət təsnifatı və tərkibli deyilmi?
ABŞ Prezidenti merhum Reyqanın bşr sözü var:”Deyirler ki ,Siyaset fahişelikden sonra 2- cı qedim peşedir.Ancaq menim heyat tecrübem gösterdi ki bunlar oxşar peşe olduğundan ikisi de 1- ci yere layiqdirler.Bunlar niye görüşmek evezine telefonla danışurlar.Cavab: isteniken veziyyetden çıxmaq üçün.