Pentaqon iddiaları yalanladı - ABŞ-nin gizli müharibə planı həqiqətən sızdırılıb?


ABŞ-nin müdafiə naziri Pit Heqset Yəmənin Husi qruplaşmasına qarşı hərbi hücum planlarının səhvən bir jurnalistə göndərilməsi ilə bağlı iddiaları yalanlayıb.
Heqset "Heç kim döyüş planları ilə bağlı mesaj göndərməyib", - deyə qeyd edib.
Heqset daha sonra məlum iddia ilə çıxış edən "The Athlantic" nəşrinin baş direktoru Cefri Qoldberqi sərt şəkildə tənqid edib.
"O, dəfələrlə aldatmaca satmaqla karyera qurmuş saxtakar və dərin nüfuzu olmayan qondarma jurnalistdir", - deyə Heqset bildirib.
Qeyd edək ki, Cefri Qoldberq daha əvvəl "Siqnal" sosil şəbəkəsi vasitəsilə təsadüfən Pentaqon rəsmilərinin olduğu mesajlaşma qrupuna əlavə olunduğunu açıqlamışdı. Qoldberin iddiasına görə, qrupda vitse-prezident JD Vens, dövlət katibi Marko Rubio, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard və müdafiə naziri Pit Heqset kimi Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri olub. Həmin vaxt ABŞ rəsmilərinin Husilərə qarşı hərbi əməliyyatla bağlı müzakirələr apardıqları iddia olunur.
Onu da qeyd edək ki, prezident Donald Tramp isə hadisə ilə bağlı suala "Mən bu haqda heç nə bilmirəm. Bunu mənə deyən ilk şəxs sizsiniz. Onsuz da mən "Athlantik" pərəstişkarı deyiləm", - deyə cavab verib.
"AzPolitika.info"
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.