ABŞ-nin Nyu Cersi ştatının demokrat senatoru Kori Buker Prezident Donald Trampın siyasətinə etiraz etmək üçün kürsüyə çıxıb və nə az, nə çox düz 25 saat 5 dəqiqə çıxış edib.

55 yaşlı Buker bu müddət ərzində Trampın siyasətini tənqid edib.

O, Trampın Qrenlandiya və Kanadanı ilhaq etməsindən danışıb və yaxınlaşan konstitusiya böhranı barədə xəbərdarlıq edib.

Fiziki cəhətdən mümkün olduğu qədər orada qalacağını bildirən Buker həmin vaxtın tamamında axsayaraq kürsüdən enib.

Qeyd edək ki, Buker bu addımı ilə həm də ABŞ tarixində ən uzun fasiləsiz çıxış edən siyasətçi ünvanına sahib olub.

“AzPolitika.info”