Menu

"Rusiya Ukraynaya güclü zərbələr endirməyə hazırlaşır” - Ekspert

02.04.2025, 14:54
"Rusiya Ukraynaya güclü zərbələr endirməyə hazırlaşır” - Ekspert

“Rusiya çox güman ki, Ukraynaya güclü zərbələr endirməyə hazırlaşır. Putin bu yolla ABŞ Prezidenti Donald Trampa öz qəddarlığını göstərmək istəyir”.

“AzPolitika” xəbər verir ki, bunu ukraynalı aviasiyae ksperti Konstantin Krivolap deyib.

O, sözügedən hücumla bağlı Rusiya tərəfinin hazırlıq işləri gördüyünü bildirib:“Görünür, ruslar ciddi güclü zərbələr endirmək üçün indi bütün infrastrukturunu və logistikasını hazırlayır. Son dron hücumları zamanı gördük ki, ruslar öz terror əməllərini ört-basdır etməyə səy göstərmədilər. Bütün zərbələr mülki hədəflərə yönəlmişdi”.

Ekspert qeyd edib ki, atəşkəsə dair saziş olmadığından Ukrayna hər şeyə hazır olmalıdır”.

“AzPolitika.info”

Şərhlər

Eli 2025-04-02 15:02:09

Putin ele bir Celladdır ki Qeddarlığı beşer tarixinin celladları ondan öyrenmelidirler.O .Ukraynanı uer üzğnden silmeyince sakit olmayacaq.Bu onun xisletidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol