"İpoteka kreditlərinin açılmasından sonra mənzil bazarında bir dinamiklik baş verib və aktivlikdə artım müşahidə olunur”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
R.Osmanlı qeyd edib ki, ucuz evlərin qiymətində aşağı seqmentdə artım baş verib: “Orta bazar nisbətində 2.1 faiz qiymət artımı müşahidə olundu. Ucuz mənzillər üzrə götürsək bu rəqəm 10 faiz civarında oldu. Amma bu artım qısa-müddətli dövrü əhatə etdi. İndi qiymətlər stabilləşməyə doğru gedir. Demək olar ki, stabildir. Hətta yuxarı seqmentdə bahalı mənzillərin qiymətində nisbi azalmalar da müşahidə olunur”.
Qeyd edək ki, 2025-ci ildə dövlət ipotekalarının verilməsi üçün 100 milyon manat vəsait ayrılmışdı.


Şərhlər