Menu

Gəncədə qadın bıçaqlandı

24.10.2026, 13:38
Gəncədə qadın bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"AzPolitika" APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol