Menu

Neft sürətlə ucuzlaşır – Kreml çox narahatdır

08.04.2025, 08:39
Neft sürətlə ucuzlaşır – Kreml çox narahatdır

Rusiyanın Urals markalı neftinin qiyməti 52,76 dollar/barrelə düşüb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, kəskin eniş xüsusilə də Rusiya kimi ölkələr üçün təhlükəlidir.

Sonuncu dəfə 2023-cü ilin iyununda Urals 50 dollardan aşağı düşmüşdü. Mart ayında Rusiya Maliyyə Nazirliyi 2025-ci ildə Ural neftinin orta qiymətinin büdcədə nəzərdə tutulan 70 dollar əvəzinə 60 dollar/barrelə yaxın olacağını gözlədiyini bildirmişdi. Bu ssenariyə əsasən, nazirlik büdcə kəsirinin artacağını, lakin ÜDM-in 1%-ni keçməyəcəyini proqnozlaşdırıb. Lakin neftin qiyməti artıq həmin gözləntilərdən 7,24 dollar aşağı düşüb.

Aprelin 7-də keçirilən ticarət zamanı Brent markalı neft, demək olar ki, dörd ildə ilk dəfə bir barrel üçün 63 dollardan aşağı düşüb. Neft qiymətləri keçən həftədən ABŞ-nin ticarət tarifləri və Çindən cavab tədbirləri tətbiq etməsi, həmçinin OPEC+-in hasilat həcmini gözləniləndən çox artırmaqla bağlı qərarı fonunda ucuzlaşır.

Putinin mətbuat katibi Dmitri Peskov aprelin 7-də deyib ki, Kreml neftin qiymətinin azalması ilə əlaqədar qlobal iqtisadiyyatdakı vəziyyəti diqqətlə izləyir: “Bu, bizim üçün çox vacib olan, büdcəmizi doldurmaq üçün çox vacib olan göstəricidir”. Peskov vəziyyəti “son dərəcə qeyri-sabit, gərgin və emosional yüklü” adlandırıb.

“AzPolitika.info”

Şərhlər

Cəmşid Dərələyəzli 2025-04-08 10:59:12

Qatılırıq. Bəli, Avropadan Meloninin bu fikri, demokratiyanı yanlış anlayanlara ən tutarlı cavabdır. Nə yazıq ki, bəzi müsəman ölkələrindəki siyasət dellaları vatana xəyanəti və talanları da demokratıyanın pədəsi altında sıvamağa çalışarlar. Ona göre de müsəlman toplumlara demokratiyanın dozundan artığı haramdır. Bu səbəbdən də Türkiyede baş verən özbaşınalıqlara və soyğunçuluğa qarşı devletin tepkisi anlaşılandır ve bu ən keskin formada da devam etdirilmelidir. Əks halda ne devlet qalar, ne de hüzur.

Cəmşid Dərələyəzli 2025-04-08 10:38:45

Neftin ucuzlaşması təkcə Rusiyanı iqtisadiyyatını vuran bir məsələ deyil. Bu məsələ bütün neft ixracatçılarını vuran bir məsələdir. Təbii ki, bu məsələdə əsas zərbə büdcəsinin əsas hissəsi neftdən asılı olan ölkələrə dəyəcək. O ki qaldı Rusiyaya, Rusiyanın neftdən başqa "n" sayda ixrac üçün digər təbii sərvətləri də var.

Cəmşid Dərələyəzli 2025-04-08 10:35:25

Neftin ucuzlaşması təkcə Rusiyanı iqtisadiyyatını vuran bir məsələ deyil. Bu məsələ bütün neft ixracatçılarını vuran bir məsələdir. Hələ ola ki də büdcəsinin əsas hissəsi neftdən asılı olan ölkələr üçün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol