Menu

"Biz onu geri alacağıq" - Heqset Çinə meydan oxudu

09.04.2025, 10:55
"Biz onu geri alacağıq" - Heqset Çinə meydan oxudu

ABŞ-nin müdafiə naziri Pit Heqset Panamaya səfər edib.

O, bu səfəri çərçivəsində Panama Prezident Xose Raul Mulino ilə birgə mətbuat konfransı keçirib.

Çinlə gərginliyi daha da artıracaq bir sıra açıqlamalar verən Heqset Panamanı Çinin təsirindən xilas etmək istədiklərini bildirib.

"Birlikdə Panama kanalını Çinin təsirindən geri alacağıq və bunu digər bacarıqlı, həmfikir müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə edəcəyik. Mən çox aydın olmaq istəyirəm. Çin bu kanalı inşa etməyib. Çin bu kanalı işlətmir və Çin bu kanalı silahlandırmayacaq", -deyə o, qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl demişdi ki, ABŞ-ın Panamadakı hərbi varlığını artırmaqla Çinin oradakı təsirini, xüsusən də kanala çıxışını azaltmağı hədəfləyirlər. Hər il təxminən 270 milyard dollar dəyərində olan ABŞ-nin konteyner daşımalarının 40 faizindən çoxunun Panama kanalından keçdiyi bildirilir.

"AzPolitika.info"

Şərhlər

Süni İntellekt 2025-04-09 14:18:17

Birbaşa (keçmiş?) Ağ Evin Kremllə *Panama Prezidentinə qarşı* özəl razılaşmalarının itgiləri?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol