Menu

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

10.04.2025, 09:40
Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Vətəndaşların bank kartlarından 39 min 504 manat və 595 dollar oğurlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir:

Məlumata görə, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12 min 850, 8 min 211, 8 min 210, 4 min 466, 2 min, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - DİN-in məlumatında deyilir.

Şərhlər

Vətəndaş 2025-04-10 10:07:39

Bu oğurluqların başında Bank əməkdaşlarınan bəzisi durur.Bu şübhəsizdir.Bəs əmanətlərin qorunması ilə hansı qurum məşğul olmalıdır?Bir də diqqət edin bu oğurluqlar hansı banklarda baş verir? Əgər belə hallar təkrar-təkrar baş verirsə o zaman bankların bu məsələdə rolunun sübuta ehtiyacı olmur.Banklar bu məsələyə ciddi yanaşmalı və vətəndaşlara dəyən ziyanı ödəməlidirlər.Boşluq təcili olaraq müəyyən edilməli və aradan qaldırılmalıdı. Burada vətəndaşın günahı yoxdur və məsuliyyət bankların üzərindədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol