Menu

Aİ ABŞ-a qarşı tarifləri 90 gün müddətinə dayandırır

10.04.2025, 14:50
Aİ ABŞ-a qarşı tarifləri 90 gün müddətinə dayandırır

Avropa İttifaqı ABŞ-a qarşı aprelin 15-də qüvvəyə minəcək tarifləri 90 gün müddətinə təxirə salıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "X" də yazıb.

“Prezident Trampın açıqlamasını nəzərə aldıq.Biz danışıqlara şans vermək istəyirik. Üzv Dövlətlərimizdən güclü dəstək görən Aİ-nin əks tədbirlərinin qəbulunu yekunlaşdırarkən, biz onları 90 gün müddətinə təxirə salacağıq”.

Onun sözlərinə görə, danışıqlar qənaətbəxş olmasa, əks tədbirlər işə başlayacaq: “Qarşılıqlı tədbirlərlə bağlı hazırlıq işləri davam etdirilir. Daha əvvəl dediyim kimi bütün variantlar masada qalır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol