Menu

MM Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib

11.04.2025, 12:05
MM Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib

Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Sənəd səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Daha sonra Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi Milli Məclisdə and içib. O həmçinin bu vəzifəyə təqdimatını irəli sürdüyünə görə dövlət başçısına təşəkkür edib.

Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.

Şərhlər

Mamedov 2025-04-11 15:04:46

Bu Milli məcls yox,uşaq baxçasıdır.X.Vəliyevin kimliyi ölkədə hamıya bəlli ola-ola onun hakim təyin edilməsinin adı nədir? Bu hansı qanuna.hummanizmə,insan haqlarına uyğun gəlir?

)xucu 2025-04-11 14:47:13

Ölkəmizin hər yerində olduğu kimi Şəkidə də yüksək pensiya alanar (2-10 min manat ) işlə təmin ounurlar !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol