Menu

Ukrayna F-16-sı raketlə vurulub

12.04.2025, 23:38
Ukrayna F-16-sı raketlə vurulub

Aprelin 12-də Ukrayna Hərbi Hava Qüvvələri ukraynalı F-16 pilotu Pavel İvanovun döyüş tapşırığını yerinə yetirərkən həlak olması barədə məlumat yayıb. 

BBC mənbələrə istinadən bildirir ki, təyyarə çox güman ki, Rusiya raketi ilə vurulub.

"Ruslar təyyarəyə ümumilikdə 3 raket atıb. Bu, ya S-400 yerüstü kompleksindən idarə olunan zenit raketi, ya da R-37 hava-hava raketi idi", - jurnalistin mənbəsi bildirib.

Hadisənin hansı şəraitdə baş verməsi hələ də araşdırılır. Eyni zamanda, Hərbi Hava Qüvvələrindəki mənbə “dost atəşi” ehtimalını istisna edib. Qeyd olunur ki, Pavel İvanovun döyüş tapşırığını yerinə yetirdiyi ərazidə Ukraynanın hava hücumundan müdafiəsi ola bilməzdi.

Şərhlər

Boris Uqryumov 2025-04-13 10:12:39

Kremlin şərti-sərt böyümə Xarici Siyasəti rusların ikitərəfli soyqırımını davam etdirməkdədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol