Menu

Çeçenistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var

14.04.2025, 22:18
Çeçenistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var

Rusiyanın Çeçenistan Respublikasının Naurski rayonunun Novoterskoye kəndində yanacaqdoldurma məntəqəsində partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Yanacaq çəninin partlaması nəticəsində 3 nəfər həlak olub.

Faktla bağlı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol